Daha bir təhlükəli virus: 52 min yoluxma, 31 ölüm

15:17 29.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şri-Lankada cari il ərzində denge virusuna yoluxanların sayı 52 mini keçib, xəstəlikdən 31 ölüm halı qeydə alınıb.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə qurumları açıqlama verib. Bildirilib ki, yoluxmaların artımı əsasən denge virusunun DENV-2 ştammının yayılması və ağcaqanadların çoxalması ilə əlaqəlidir.

Qeyd edilib ki, hazırda ölkədə təsdiqlənmiş yoluxmaların təxminən 75 faizini DENV-2 təşkil edir. Əvvəlki illərdə üstünlük təşkil edən DENV-3 ştammının payı isə 25 faizə düşüb.

Mütəxəssislər daşqınlar, yağışlı hava və tullantıların yığılması nəticəsində ağcaqanadların çoxalması üçün əlverişli şərait yarandığını qeyd ediblər.