Daha iki cüdoçusu Avropa çempionu olub

17:33 06.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Hafta xəbər verir ki, millimiz yarışların ikinci günündə ikinci qızıl medalı da aktivinə yazdırıb.

Süleyman Şükürov (81 kq) finalda gürcüstanlı Aleksandre Loladze ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Şükürov yarışın qalibi olub.

Bu gün Vüsal Qələndərzadə də (73 kq) qızıl medal qazanıb.

Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.apasport