Yazını böyüt
Yazını kiçilt
İranın bu ay Yaxın Şərqdəki ABŞ hərbi bazalarına endirdiyi zərbələr nəticəsində 100-ə yaxın amerikalı hərbçi yaralanıb.
Hafta.az xəbər verir ki, yaralanan hərbçilərin əksəriyyəti artıq xidmətə qayıdıb.
ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell məlumatı təsdiqləyərək bildirib ki, iyulun 7-dən bəri müxtəlif dərəcəli xəsarət alan hərbçilərin təxminən 96 faizi yenidən xidmətə başlayıb. Onun sözlərinə görə, yaralanmaların əksəriyyəti yüngül beyin silkələnməsi ilə bağlıdır./“CBS News”/