DÇ-1954-cü ilin son dünya çempionu vəfat edib

22:20 03.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Almaniya millisinin sabiq yarımmüdafiəçisi Horst Ekkel dünyasını dəyişib.

Hafta.az xəbər verir ki, veteran yarımmüdafiəçi 89 yaşında vəfat edib.

Horst Ekkel futbolçu karyerası ərzində “Kayzerslautern” (1949-1960) və “Röxlinq” (1960-1966) klublarının formasını geyinib. O, 1951-ci və 1953-cü illərdə “Kayzerslautern”in heyətində Almaniya çempionu olub.

Ekkel 1952-1958-ci illər aralığında Almaniya yığmasında da oynayıb. O, 1954-cü ildə İsveçrədə keçirilmiş dünya çempionatında qızıl medallar qazanmış yığmanın sonuncu yaşayan üzvü idi.

Oxunma sayı 36