De Xea "Əl-Nəsr"ə keçməkdən imtina etdi

17:39 19.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Mançester Yunayted”in keçmiş qapıçısı David de Xea “Əl-Nəsr”la keçməkdən imtina edib.

Hafta.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. "Əl-Nəsr" 33 yaşlı qolkiperi son dəqiqəyə qədər razı salmağa çalışıb və ona həftəlik 623 min dollarlıq müqavilə təklif edib. Lakin futbolçunun həyat yoldaşı Edurne Səudiyyə Ərəbistanına köçməkdən imtina edib.

Bundan əlavə, Dea Xeanın Lionel Messinin yaydan bəri oynadığı "İnter Mayami"yə keçmək imkanı var. Qapıçının “Mançester Yunayted”lə müqaviləsi iyul ayında başa çatıb və o, həmin vaxtdan azad agentdir.

Oxunma sayı 141