Dehlidəki məscid və İslam Mərkəzinin binası söküldü

13:10 13.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın paytaxtı Dehlinin Benqal bazarı rayonunda müsəlmanlara məxsus İslam mərkəzi və məscidin daxil olduğu tarixi kompleksin bir hissəsi sökülüb.

Hafta.az-ın yazdığına görə, Dehli rəhbərliyinin polis qüvvələri ilə birlikdə həyata keçirdiyi söküntüdə məscid və İslam mərkəzi kimi istifadə edilən binanın böyük hissəsi dağıdılıb. Hindistan hakimiyyətinə yaxın mənbələr söküntünün “icazəsiz tikinti” səbəbindən həyata keçirildiyini iddia etsə də, İslam mərkəzinin rəsmiləri bununla bağlı onlara heç bir məlumat verilmədiyini bildirir.

Son zamanlar Hindistanda İslam və müsəlmanlara qarşı əhval-ruhiyyə artıb. Hökumətin dəstəklədiyi radikal hindu dəstələri müxtəlif bəhanələrlə müsəlmanları küçənin ortasında linç edir, onların evlərini və bizneslərini talayırlar.

Bu yaxınlarda bir çox müsəlman hindu dəstələri tərəfindən "inək kəsmək" və ya "inək əti daşımaq" iddiası ilə hücuma məruz qalıb.