Yazını böyüt
Yazını kiçilt
Dənizdə ("Zuğulba 3" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb.
Hafta.az-ın FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
*** 14:11
Bakının Xəzər rayonunda, dənizin nəzarətsiz hissəsində 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.