Dünən Dağıstanın Dərbənd şəhərində bu tarixi şəhərin master-planı üzrə açıq müsabiqə keçirilib.
Hafta.az-ın Derbend.ru-ya istinaden yazdığına görə, müsabiqədə üç firma iştirak edib. Münsiflər heyəti müsabiqənin qalibi olaraq Rusiyanın “Novaya zemlya” firmasını seçib. Tədbirdə Dağıstan Hökuməti başçısının müavini Vladimir Lemeşko, Dərbənd şəhərinin başçısı Xızrı Abakarov, münsiflər heyəti, tarixçilər, jurnalistlər iştirak edib. Dərbənd meri Xızrı Abakarov “Dərbənddə nə vaxt yeni Nizami parkı tikiləcək” sualına cavab olaraq bildirib ki, sözügedən park şəhərin salındığı tarixi gün, yəni gələn ilin oktyabr ayında istifadəyə veriləcək.
Dərbənd meri şəhərdə Azərbaycan Dövlət Dram teatrının binasının tikilməsi məsələsinə də toxunub. Deyib ki, 2021-ci ildə teatrın yeni binası istifadəyə veriləcək. Hazırda həmin binanın tikintisi ilə bağlı sənədləşmə işləri görülür.