DGK 2019-ci ilin dövlət büdcəsi ilə bağlı proqnoz tapşırığına noyabrın 5-də 100% əməl edib

15:58 26.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Dövlət Gömrük Komitəsi (DGK) 2019-ci ilin dövlət büdcəsi ilə bağlı proqnoz tapşırığına noyabrın 5-də 100% əməl edib. 10 ay ərzində isə büdcə öhdəliyi 123% yerinə yetilirib".

Hafta.az xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfrasında Komitənin sədri Səfər Mehdiyev məlumat verib. Komitə sədri bildirib ki, Bu gedişlə bu il büdcəyə 700 milyon manat əlavə vəsait köçürüləcək. Xatırladaq ki, bu il DGK-nın büdcə öhdəliyi təxminən 3,7 milyard manatdır.