DGK-nin sədri Qobustan və Quba rayonlarında qəbul keçirib

17:49 28.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.

Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, fevralın28-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi Xızı, Siyəzən, Şabran,Qobustan və Quba rayonlarının sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.

Həmin gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Xızı şəhərində Xızı, Siyəzən və Şabran rayonlarından olan vətəndaşları qəbul edib.