DİM yenidən xarici dildən imtahan keçirəcək

17:51 21.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və ya fəlsəfə doktoru imtahanını (ilk 4 blok və ya yalnız dinləmə bloku) yenidən vermək istəyən və 13-16 iyun tarixlərində qeydiyyatdan keçən şəxslər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 7 iyul 2022-ci il tarixində imtahan keçiriləcək.

DİM-dən hafta.az-a verilən xəbərə görə, imtahandan bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzinin saytında “İmtahana buraxılış vərəqəsi” yerləşdiriləcək. İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əsli və buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.