DİN: 36 cinayətin üstü açılıb

11:35 28.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 27-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarılan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.