DİN-dən sürücülərə müraciət

10:48 08.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) “Formula 1" ilə bağlı sürücülərə müraciət edib.

 

NİİM-dən hafta.az-a daxil olan müraciətdə deyilir:

 

"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək paytaxtımızda qonaqpərvərlik mühitinin qorunması üçün “Formula 1 Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar yollardakı müvəqqəti xarakter daşıyan dəyişiklik və məhdudiyyətləri anlayışla qarşılamağı, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi, daha çox ictimai nəqliyyata üstünlük verməyi, həmçinin dayanma-durma qaydalarına ciddi riayət olunmasını xahiş edir".

 

Bildirilib ki, qeyd olunanlar sıxlıqların yaranmaması baxımından mühüm əhəmiyyət kəsb edir.