DİN Qəbələdə baş verən qəza ilə bağlı məlumat yayıb

11:34 27.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 27-də saat 08 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində hərəkətdə olan “VAZ-2115” markalı avtomobil yolun kənarında dayanan “Ford” markalı avtomobilə dəyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a bildirilib ki, nəticədə “VAZ”-ın sürücüsü, 1988-ci il təvəllüdlü Kamil Ağaquluyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini, 35 yaşlı Rusif Kərimov xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.