Yazını böyüt
Yazını kiçilt
Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq.
Bu barədə hafta.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır.
Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək.
Qeyd edək ki, sosial şəbəkədə qadının şəhidin plakatını təhqir etdiyi iddia edilən kişini döyməsi ilə bağlı video görüntülər paylaşılıb. Sözügedən qadının şəhidin anası olduğu bildirilir.