Dördüncü və beşinci doza vaksin olunmağa ehtiyac var – Həkim

16:20 18.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pandemiya sona çatdıqdan sonra belə, dördüncü və beşinci doza vaksin olunmağa ehtiyac var.

Bunu hafta.az-a infeksionist Mərdan Əliyev deyib:

“Könüllü olaraq vaksin olunmaq olar. Xüsusən də risk qrupuna daxil olan – 65 yaşdan yuxarı, idarəolunmayan yanaşı xəstəliyi olan, qara ciyər serrozu, ağ ciyər və xroniki xəstəliklərdən əziyyət çəkənlər, immun sistemini zəiflədən dərman vasitələri qəbul edənlər  üçün vaksin vurdurmaq vacibdir. Buna görə ki, pandemiyanın bitməsi o demək deyil ki, virus tamamilə həyatımızdan çıxır. Müəyyən müddətdən bir biz yenidən virusla təmasda ola bilərik.