Dövlət Departamentinin Çinlə bağlı yüksək səviyyəli rəsmisi istefa verəcək

09:52 25.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Dövlət Departamentinin Çin siyasəti üzrə rəsmisi Rik Uoters Pekin və Vaşinqton arasında gərginlik fonunda istefa vermək üzrədir. Bu barədə “Reuters” məlumat yayıb.

Dövlət Departamentinin sözçüsü agentliyə bildirib ki, Uoters iyunun 23-də vəzifəsini tərk edəcək və yüksək səviyyəli xarici xidmətin üzvü olaraq qalacaq. Departament ona Çin ilə qarşılıqlı fəaliyyət və Tayvan məsələsi üzrə iki illik uğurlu fəaliyyətinə görə təşəkkür edib.