Dövlət Xidməti: 28 May qeyri-iş günü, 18 Oktyabr iş günü olacaq

14:25 15.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisdə “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi qəbul edilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətinin rəhbəri Aynur Osmanqızı bildirib ki, 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

“Həmin günlər hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq”, - Dövlət Xidmətinin rəsmisi vurğulayıb.

Oxunma sayı 34