“Dövlətimiz dünyaya gücümüzü göstərir” – SƏFİR

08:35 24.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna səfiri Nəriman Cəlal, ölkənin son zamanlar Rusiya təcavüzünə qarşı mübarizə apardığını qeyd edib.

Hafta.az-ın yazdığına görə, son günlər Ukraynanın müxtəlif bölgələrində mülki şəxslərə qarşı hücumların həyata keçirildiyini qeyd edən Cəlal deyib ki, Ukrayna dövləti bütün gücünü dünyaya göstərir. Ukrayna həmişə döyüşməyə hazırdır. Lakin bu müharibə əsl təhlükəsizlik, sülh və ukraynalıların gələcəyinin təminatı üçündür.

“Ukrayna və Krım tatar xalqı olaraq, əsrlər boyu addım-addım müstəqillik uğrunda mübarizə apararaq bu günə gəlmişik. Bu müharibə müstəqilliyin bizim üçün nə qədər vacib olduğunu göstərir. Müharibənin ilk günlərində hər kəs - kişilər, qadınlar və uşaqlar ölkələrini müdafiə etmək üçün silah tələb edib. Müharibə dörd ildir davam edir və biz onu tərəfdaşlarımızla birlikdə sülh yolu ilə bitirəcəyik”, - səfir vurğulayıb.