DSMF-də ictimaiyyətlə əlaqələr departamentinə müdir təyin edildi

13:25 29.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə yeni təyinat olub.

Hafta.az-ın məlumatına görə, bunu Nazirliyin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

O qeyd edib ki, bu vəzifəyə Rəşad Mehdili təyin olunub.

R.Mehdili indiyədək AzTV və İTV-də “Səhər proqramları” departamentinin direktoru, “Telesəhər”, “Yeni Gün” səhər proqramlarının aparıcısı, eyni zamanda, çalışdığı hər iki kanalda “Xəbərlər” və “Carçı” informasiya proqramlarının aparıcısı, müxbiri kimi fəaliyyət göstərib.

Sosial rubrikasından digər xəbərlər