“Yüksəliş” müsabiqəsinin finalçıları arasında 21-30 yaş qrupu üstünlük təşkil edir

16:33 10.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan namizədlərin əksəriyyəti 21-30 yaş qrupunu təmsil edir.

Bu barədə Hafta.az-a müsabiqənin işçi qrupundan məlumat verilib. Bildirilib ki, yaş qrupları üzrə aparılan təhlilə əsasən, final mərhələsinə yüksələn 130 iştirakçıdan 64-ü 21–30, 63-ü 31–40, 3-ü isə 41–51 yaş aralığındadır.