DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı keçirilib

16:00 14.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən hafta.az-a bildiriblər ki, imtahan Bakı şəhərində 5 binada təşkil olunub. İmtahanın idarə olunmasına 11 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 107 nəzarətçi, 10 buraxılış rejimi əməkdaşı cəlb edilib.

Aprelin 15-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.