DSX rəisi Şəhidlər xiyabanını ziyarət edib

11:40 27.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsinin 2-ci ildönümü münasibətilə sentyabrın 27-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qurumun şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə hafta.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. Məlumata görə, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaq­larımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərlərinə gül dəstələri düzülüb.

Oxunma sayı 1921
Gündəm rubrikasından digər xəbərlər