Dumanlı hava müşahidə olunur - Faktiki hava

11:00 17.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Gecə saatlarında buludluluğun az olması, yerüstü təbəqədə səthin soyuması, gündüz saatlarında havanın temperaturunun yüksək olması (inversiya) dumanın əmələ gəlməsinə səbəb olub.

Dumanlı hava şəraitinin aprelin 19-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Oxunma sayı 32