Dünən 15 nəfər toylara buraxılmayıb

11:00 01.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 31-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 3 toy şənliyinin monitorinqini həyata keçirib.

 

Hafta.az DİN-ə istinadən xəbər verir ki, monitorinq 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

 

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

 

- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

 

- 15 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.