Dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb

22:47 26.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

Hafta.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində gerçəkləşən tədbirdə pley-off cütlükləri müəyyənləşib.

A yolu

1. Şotlandiya – Ukrayna

2. Uels – Avstriya

Finalda hər iki oyunun qalibləri qarşılaşacaq.

B yolu

1. Rusiya – Polşa

2. İsveç – Çexiya

Finalda hər iki oyunun qalibləri qarşılaşacaq.

C yolu

1. İtaliya - Şimali Makedoniya

2. Portuqaliya - Türkiyə

Finalda hər iki oyunun qalibləri qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Yarımfinal oyunları 2022-ci il martın 24-25-də, final matçları isə martın 28-29-da baş tutacaq.

Oxunma sayı 108