Dünyada ABŞ dolları qarşısında bahalaşan yeganə VALYUTA MƏLUM OLDU

15:50 13.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın maliyyə agentliyi "Bloomberg" İsrailin iqtisadi inkişafı ilə bağlı diqqətəlayiq təhlili dərc edib.

Hafta.az-ın yazdığına görə, İranla nüvə gərginliyinə baxmayaraq İsrail iqtisadiyyatının sürətlə böyüdüyü və inkişaf etdiyi vurğulanan təhlildə, son 10 ildə ABŞ dolları qarşısında bahalaşan yeganə valyutanın İsrail şekeli olduğu bildirilib.

Şekel son 10 ildə ABŞ dollarına nisbətdə 8,9 faiz bahalaşıb. Beləliklə, dünyada aktiv ticarət edilən 31 valyuta arasında ABŞ dolları qarşısında bahalaşan yeganə valyuta şekel olub.

Qeyd edək ki, oktyabrın 13-nə olan məlumata əsasən 1 ABŞ dolları 3,9 İsrail şekelinə bərabərdir.