Dünyada ən çox ziyarət edilən 10 şəhər

11:36 16.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ötən il ərzində dünyada ən çox turist çəkən şəhərlərə dair araşdırma aparılıb və siyahı tərtib edilib.

Hafta.az-ın yazdığına görə, “Travelness”in apardığı araşdırmanın nə qədər səhih olub-olmadığı bilinməsə də, hər halda ən çox ziyarət edilən şəhərlərin ilk onluğunu təqdim edirik.

Siyahıda ilk yeri Tailandın paytaxtı Bangkok şəhəri tutur. 2023-cü ildə bu şəhərə 22,78 milyon xarici turist gəlib. İkinci pillədə yer alan Parisə 19,10 milyon, üçüncü olan Londona isə 19,09 milyon nəfər baş çəkib.

Siyahıda Yaxın Şərqin parlayan ulduzu Dubay 15,93 milyon turist cəlb etməklə dördüncü, Sinqapur isə 14,67 milyon turist qəbul etməklə beşinci pillədə yer alıb.

İlk onluğa daxil olan şəhərlərin sıralaması aşağıdakı kimidir:

Altıncı pillədə Kuala Lumpur (13,79 milyon turist), yeddinci yerdə Nyu York (13,60 milyon turist), səkkizinci pillədə İstanbul (13.40 milyon turist), doqquzuncu yerdə Tokio (12,93 milyon turist) yer alıb.

Siyahıda ilk onluğu Türkiyənin incisi Antalya şəhəri tamamlayır . Bu gözəl şəhərə ötən bir il ərzində 12 milyon 410 min xarici turist gəlib.