Yazını böyüt
Yazını kiçilt
Bu günlərdə dünya ölkələrində mövcud olan ən mükəmməl səhiyyə sistemlərinin siyahısı dərc olunub.
Hata.az-ın “aiworldranking”ə istinadən yazdığına görə, ən qabaqcıl ictimai səhiyyə sistemi Skandinaviya ölkəsi İsveçdə fəaliyyət göstərir. Siyahıda ikinci pillədə Kanada qərarlaşsa da, üçüncü, dördüncü və beşinci yerləri müvafiq olaraq yenə də Şimali Avropa ölkələri – Finlandiya, Danimarka və Norveç tutur.
İsveçrə siyahıda altıncı, Almaniya yeddinci, Avstraliya səkkizinci, Böyük Britaniya isə doqquzuncu pillədə qərarlaşıb.
Siyahıda ilk onluğu Belçika tamamlayır.