Dünyada koronavirus qadağaları yenidən sərtləşdirilir - HƏYƏCAN

14:19 18.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bir müddətdir, dünya ölkələrində Covid-19 virusuna yoluxma hallarının artdığı müşahidə edilir. Mütəxəsisslər ikinci dalğanın daha sürətli yayılacağı barədə həyəcan təbili çalırlar. Koronavirusun ilk yoluxduğu Çində bugünlərdə yenidən yoluxma sayında artım müşahidə olunub. Paytaxt Pekində vəziyyət gərginləşib, ən böyük avişirkət işini dayandırıb, sərhədlərin açılmaması ilə bağlı göstərişin qüvvədə qalması tapşırılıb. 

Çində Covid-19-a yoluxma sayı artıb. Hafta.az "milliyet.com"a istinadən xəbər verir ki, Çin Milli Səhiyyə Təşkilatının  bəyanatında bildirilir ki, son 24 saat ərzində ölkədə 28 yeni Covid-19 virusuna yoluxma faktı qeydə alınıb.  Onlardan 4-ü xaric ölkələrdə yaşayan Çin vətəndaşı olub və ölən olmayıb.

Həmçinin bəyanatda bildirilir ki, son 21 saat ərzində ölkədə qeydə alınmış yeni yoluxmalardan  24-ü Çinin paytaxtı Pekində qeydə alınıb. Beləliklə, iyunun 12-dən Pekində yoluxma  hallarının sayı 158-ə qədər artıb. Bu gün Çin Xalq Respublikasında tapılan Covid-19 hadisələrinin ümumi sayı 83 min 293 nəfər təşkil edib, Virus nəticəsində 4 min 634 nəfərin öldüyü, 78 min 394 nəfər isə virusa yoluxduğu deyilir. Pekinin yerli özünüidarəetmə rəsmisi Kan Gi mayın 30-dan etibarən şəhərdəki topdansatış ərzaq bazarı ətrafında baş verənlərin son günlərdə diqqət mərkəzində saxlanılacağını, onların sıx əlaqədə olduqları insanlarla evlərində 14 gün ərzində karantinə yerləşdiriləcəyini və ən azı 2 dəfə test olunacağını bildirib. Can Gi xarici ölkələrdən gələn bütün Covid-19 əlaməti olan vətəndaşlarla təmasların qadağan olunmasını deyib. Bundan əlavə bazarın bağlanması və işçilərin test olunması tapşırılıb. Aidiyyatı qrumlar Covid-19-a yoluxmanın artdığı Pekində səyahətlər dayandırılıb.

Pekin yenidən karantində.

Covid-19 dünyada 446 mindən çox insanı həyatdan məhrum edib. Yeni epidemiyanın ilk dəfə ortaya çıxdığı və hər şeyin nəzarət altında olduğunu elan etdiyi Çinin paytaxtı Pekində iki aydan sonra yenidən yoluxma baş verib. İkinci dalğa hesab olunan yeni epidemiya səbəbindən risk səviyyəsi Pekində yüksəldiyi deyilir. Son 24 saat ərzində 31 yeni yoluxma aşkar edilib, son altı gün ərzində isə 1200-dən çox paytaxt reysi ləğv edilib. 137 nəfər isə virusa yoluxub. Beləliklə, dünyanın ən işlək hava limanlarından biri olan Pekin hava limanında uçuşların 70 faizi dayandırıldı. Tədris bütün ibtidai və orta məktəblərdə,uşaq bağçaları və universitetlərdə dayandırılıb. Parklar, muzeylər və kitabxanalar kimi ictimai yerlərdə insanlara məhdudiyyət qoyulub.

Cənubi Koreyada virusa yoluxanların sayı artdı

Cənubi Koreyada Covid-19-a yoluxma hallarının sayı 12 min 257-ə çatıb, daha bir nəfər ölüb, ölkədə virus nəticəsində ölənlərin sayı 280 nəfər olub. Ölkədə 1177 aktiv Covid-19-a yoluxma var. 10 min 800 nəfər isə koronavirusa yoluxub, müaliəcələri davam etdirilir. Virusa yoluxanların ən çoxu gecə klublarında çalışan və əylənən şəxslər, ticarət və marketlərdə işləyənlərin olduğu bildirilir. Cənubi Koreyada karantin qaydaları yumşaldıqdan sonra yoluxma sayında artım müşahidə olunub.

Avstraliyada sərhədlər il sonuna qədər bağlı qala bilər.

Avstraliyanın turizm naziri Saymon Birmingem mətbuat konfransı zamanı çıxışında martın 3-dən 20-dək bağlanan sərhədlərin sentyabrın 17-ə qədər bağlı qalacağını bildirib. Sərhədlərin bağlı qalmasını yoluxmanın artmasının qarşısını alacağına əsas səbəb kimi göstərib. Birmingham bildirib: "Təəssüf ki, Avstraliyaya turist kimi gediş-gəlişlərin hələ mümkünsüz olduğunu görürərəm. Hələ ki, sərhədlər bağlı qalacaq”.

Avstraliya Statistika Bürosunun (ABS) məlumatına görə may ayında 227 min 700 nəfər insanın işsiz olduğu açıqlanıb. Bununla da belə işsizlik faizi 7,1 faizə yüksəlib,

ABS əmək statistikasının rəhbəri Bjorn Jarvis, yeni məlumatların 2001-ci ildən etibarən ən yüksək işsizlik səviyyəsini göstərdiyini söyləyib, işsizlərin ümumi sayı 850.000 nəfərə yüksəlib.