Dünyada koronavirusa qarşı ilk peyvənd Rusiyada qeydiyyatdan keçib

14:10 11.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvənd qeydiyyatdan keçib.

Hafta.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Qeyd edək ki, prezident V.Putin ötən gün Rusiya sakinlərinin 60 faizinin qripdən peyvənd olunması barədə hökumətə tapşırıq vermişdi. Qərara əsasən, peyvənd olunanların 75 faizi risk qrupuna daxil olan sakinlər olmalıdır.

V.Putin əlavə edib ki, koronavirusa qarşı preparat qeydiyyata alındıqdan sonra əhali üçün əlçatan olacaq.

Oxunma sayı 2078