Dünyada koronavirusa yoluxanların sayı 4 milyon nəfəri keçib

12:29 09.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada koronavirusa yoluxanların sayı 4 milyon nəfəri keçib.

Hafta.az-ın məlumatına görə, mayın 9-dək 4 014 331 nəfər virusa yoluxub.

Yoluxanların təxminən 33 faizi ABŞ-da qeydə alınıb. Bu ölkədə 1 322 163 nəfərdə virus aşkarlanıb. Onlardan 78 min nəfərdən çoxu ölüb.

Dünyada koronavirusa yoluxanlardan 1 387 181 nəfəri sağalıb. 276 237 nəfəri isə virusun qurbanı olub.