Müasir dünyamızda adi alış-verişdən tutmuş hər cür ödənizlərdə nağdsız ödəniz üsulundan, yəni fərqli bank kartlarından istifadə edilir.
Hafta.az-ın yazdığına görə, Visual Capitalist Statista platforması qlobal miqyasda kart bazarına daha çox hansı şirkətlərin nəzarət etdiyini araşdırıb. Məlum olub ki, qlobal kredit kartı bazarında 2014-2023-cü illər arasında əməliyyat həcmləri ilə seçilən 5 ən böyük şirkət fəaliyyət göstərib. Bunlar aşağıdakılardır:
Visa - 1,8 trilyon dollar, UnionPay - 1,2 trilyon dollar, MasterCard - 1,01 trilyon dollar, American Express - 85 milyard dollar, Discover - 29 milyard dollar.
Rəqəmlər bu şirkətlərin kredit kartları vasitəsilə həyata keçirilən əməliyyatların həcmini əks etdirir.
2023-cü ilin sonuna dünyada kart sahiblərinin sayı 1,25 milyard nəfərə çatıb.