Dünyanın bir nömrəli tennisçi Avstraliyadan deportasiya olunur

13:29 16.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avstraliya Federal Məhkəməsi hazırda dünyada bir nömrəli tennisçi olan Novak Djokoviçin apellyasiya şikayətini rədd edib və onun vizası ləğv olunub.

Xarici KİV-in verdiyi məlumata görə, məhkəmə Novak Djokoviç yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd olunmadığı üçün belə qərar verib.

Tennisçinin yaxın saatlarda ölkədən deportasiya ediləcəyi gözlənilir. Tennisçi 3 il müddətində Avstraliyaya səfər üçün viza ala bilməz.

Beləliklə, Novak Djokoviç Avstraliya Açıq Çempionatında iştirak edə bilməyəcək.

Oxunma sayı 27