Dünyanın ən dəqiq qatarı 40 santimetrlik liana məğlub olub

10:15 25.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dəqiqliyi ilə tanınan Yaponiyanın yüksəksürətli qatar sistemi ilanın vaqona girməsi səbəbindən nadir hal olaraq gecikmə yaşayıb.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, Yaponiya Mərkəzi Dəmiryolu Şirkəti tərəfindən verilən açıqlamada, bir sərnişinin vaqonda ilan gördükdən sonra səlahiyyətlilərlə əlaqə saxladığı bildirilib.

Daha sonra qruplar paytaxt Tokiodan Naqoya şəhərinə gedən qatarda vaqonda gizlənən 40 santimetrlik ilanı çıxarıblar.

Səlahiyyətlilər ilan həyəcanı səbəbindən Naqoyadan Osakaya gedən qatarda 17 dəqiqəlik gecikmə olduğunu və problemin həlli üçün başqa bir qatarın işə salındığını bildirib.

"Bu gecikmə bir çox digər milli dəmiryolu standartları ilə müqayisədə qısa olsa da, Yaponiyanın amansız dəqiqlik sistemi üçün vacib idi", - agentlik qeyd edib.

Bildirilib ki, “Shinkansen” adlı yüksəksürətli qatar sistemindəki gecikmə nəticəsində təxminən 600 sərnişin zərər çəkib.

Səlahiyyətlilər ilanın vaqona necə girdiyinin hələlik aydın olmadığını, hadisə ilə bağlı araşdırma başlandığını bildirib.

Yaponiya Mərkəzi Dəmir Yolu Şirkətinin rəsmisi deyib: "Vəhşi ilanların hansısa yolla stansiyadan qatara girməsi çətindir. “Şinkasen” qatarlarında ilanların gətirilməsinə qarşı bizim qaydalarımız var. Amma biz sərnişinlərin baqajını yoxlamırıq".

Şirkətin qaydalarına əsasən, sərnişinlər göyərçinlər də daxil olmaqla, it və pişikləri ilə səyahət edə bilərlər.

Oxunma sayı 75