“Düşənbə İnvest 2025” Beynəlxalq İnvestisiya Forumunda ümumi dəyəri 4,1 milyard dollar olan 52 saziş və əməkdaşlıq sənədi imzalanıb.
Hafta.az-ın yazdığına görə, bu barədə Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Sulton Rəhimzoda məlumat verib.
Onun sözlərinə görə, ümumi dəyəri 501 milyon dollar olan müqavilələrin 17-si paytaxt Düşənbənin payına düşür.
Qeyd edək ki, oktyabrın 14-də Tacikistanın paytaxtında “Düşənbə İnvest 2025” Beynəlxalq İnvestisiya Forumu açılıb və oktyabrın 16-da Düşənbə, Hisor, Roqun və Nurek şəhərlərinin turistik və tarixi yerlərinə tanışlıq səfərləri ilə yekunlaşacaq.
Tədbirdə xarici dövlətlərin, beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri, yerli və xarici işgüzar dairələrin nümayəndələri iştirak ediblər. Forumun sessiyaları və panel müzakirələri zamanı investisiya əməkdaşlığının inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, sənaye, enerji, turizm, kənd təsərrüfatı, infrastruktur kimi əsas sahələrdə tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.