Düşmən Tərtərin kəndlərini atəşə tutur - Müdafiə Nazirliyi

10:00 06.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.

 

Gecə ərzində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi də düşmən tərəfindən artilleriya atəşinə tutulub.

Siyasət rubrikasından digər xəbərlər