Əcnəbilər üçün sosial pensiyalar ləğv edilə bilər

08:15 29.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Liberal Demokrat Partiyasının (LDPR) lideri Leonid Slutskiy Dövlət Dumasında xarici vətəndaşlar üçün sosial pensiya ödənişlərinin ləğvini təklif edib. Slutski bildirib ki, 2024-cü ildə Rusiyaya miqrasiya edənlərin sayı təxminən 600 min nəfərə çatıb ki, bu da son 30 ildə rekord həddə çatıb.

Hafta.az-ın yazdığına görə, siyasətçi bəyan edib ki, bu addım ölkənin pensiya sistemini qorumaq və büdcənin yükünü yüngülləşdirmək məqsədi daşıyır. “Sosial yardımın məntiqi vətəndaşların pensiya sisteminə verdiyi töhfələrə əsaslanır”, - Slutski bildirib.

Xaricilər üçün bu ödənişlərin davam etdirilməsi sistemi zəiflədir.

Təklif Rusiyada miqrantların sosial hüquqları ilə bağlı davam edən müzakirələrdə yeni mərhələni təmsil edir. Sentyabrın 20-də Səhiyyə Nazirliyi ölkədə müvəqqəti işləyən əcnəbilərin icbari tibbi sığortaya (İMS) daxil edilməsini təklif edib. Bu, hökumətin gündəliyinə miqrantların sosial hüquqlarına yenidən baxılmasını qoyur.