Əfqanıstanda mina partlaması nəticəsində 7 nəfər ölüb

16:42 01.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın cənubunda Qəndəhar şəhərində minaatandan atəşə tutulması zamanı bir avtomobil partlayıb və ən azı 7 mülki şəxs həyatını itirib.

Hafta.az bildirir ki, bu barədə “Ariana News” telekanalı məlumat yayıb.

Məlumata görə, qurbanların arasında qadınlar və uşaqlar da var. Digər təfərrüatlar verilmir.

Telekanal bildirir ki, Əfqanıstan rəsmiləri hücumu radikal Taliban hərəkatının nümayəndələrinin törətdiyini bildiriblər.

Oxunma sayı 575