Əfqanıstanda yaşayış binasına atılan raket zərbəsi nəticəsində 5 uşaq ölüb

23:30 06.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Əfqanıstanın Nanqarhar əyalətində yaşayış binasına endirilən raket zərbəsi nəticəsində beşi uşaq olmaqla, altı nəfər dünyasını dəyişib. 

Hafta.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Yerli hakimiyyət orqanlarına istinadən verilən məlumatda daha dörd nəfərin yaralandığı bildirilib.