Əfqanıstanın müvəqqəti işlər vəkili Hikmət Hacıyevlə görüşüb

09:04 04.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstan Səfirlyinin müvəqqəti işlər vəkili Dr. Məhəmməd Feysəl Prezidentin köməkçisi, Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Səfirlikdən Hafta.az-a verilən məlumata görə, Prezident Administrasiyasında keçirilən görüşdə Əfqanıstanla Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.