Əfv Komissiyası 100-dən artıq müraciətə baxıb

14:42 06.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

 

Hafta.az xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

 

Bununla da komissiyada baxılan müraciətlərin sayı 750-ni ötüb.

 

Komissiyanın növbəti toplantısının martın 9-da keçirilməsi nəzərdə tutulur.