Əfvlə bağlı sonuncu iclasın vaxtı bilindi

10:41 15.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası iclaslarını yekunlaşdırır.

Komissiyanın üzvü Rəşad Məcid hafta.az-a bildirib ki, sonuncu iclas martın 17-də keçiriləcək.

Qeyd edək ki, indiyədək Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasında 1000-dək müraciətə baxılıb.

Komissiya baxılan müraciətləri sonuncu iclasdan sonra Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

Novruz bayramı münasibətilə əfv sərəncamının imzalanması gözlənilir.