Elektrik enerjisi kəsintilərinin həcmi xeyli azalıb - “Azərişıq” 

15:02 06.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

31 dekabr – Dünya Azərbaycanlılarının həmrəylik və Yeni il bayramları günlərində istehlakçıların elektrik enerjisinə olan tələbatı adi günlərdən fərqlənməyib.

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev hafta.az-a deyib ki, ötən illərə nisbətən bu il elektrik enerjisi kəsintilərinin də həcmi xeyli azalıb:

“İstehlakçıların elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb. Bayram günləri 199 saylı çağrı mərkəzinə edilən müraciətlərin sayı da kəskin azalıb. Son 1 həftədə ümumilikdə 1277 müraciət daxil olub ki, onların da əksəriyyəti məlumat xarakterli olub”.

Qeyd edək ki, “Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.