Bu gün Peşəkar Futbol Liqasının (PFL) Ümumi Yığıncağı keçirilib.
Hafta.az xəbər verir ki, tədbirdə PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in idarə heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Hesabatlar dinlənildikdən sonra növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezident seçkilərinə start verilib. Vahid namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib.
Sonda PFL-in İdarə Heyətinin yeni tərkibi səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub.
Növbəti 4 il müddətində PFL-in idarə heyətində aşağıdakı şəxslər təmsil olunacaqlar:
• Elxan Səmədov – PFL prezidenti
• Məlik Həsənov – İdman işləri üzrə müşavir
• Aslan Şahgəldiyev – Vitse-prezident
• Zaur Hacı-Məhərrəmov – İcraçı direktor
• Elgiz Abbasov – Texniki-idman direktoru
• Sənan Abdullayev – Media və marketinq direktoru