Emin Mahmudovun yubiley topu

11:55 23.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Emin Mahmudov “Neftçi”nin heyətində avrokuboklarda 10-cu qolunu vurub.

Hafta.az xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına görə, yarımmüdafiəçinin yubiley topu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Dinamo” (Minsk, Belarus) ilə ilk görüşünə (2:4) təsadüf edib.

Mahmudov “ağ-qaralar”ın heyətində çıxdığı 26-cı avrokubok görüşündə 10-cu qolunu vurub. O, Azərbaycan klublarının heyətində 10 və daha çox qol vuran 6-cı futbolçu olub.

Qeyd edək ki, Emin Mahmudov “Neftçi”nin qitə klub turnirlərində ən məhsuldar oyunçusudur.