Emal sənayesində 8,6 milyard manatlıq məhsul istehsal olunub

22:35 20.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvar-iyul aylarında emal sənayesində 8 milyard 613,7 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən hafta.az-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 62,5 faiz, qida məhsullarının istehsalında 6,8 faiz, içki istehsalında isə 1,8 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 62,9 faiz, kərə yağının istehsalı 4,8 faiz, kolbasa məmulatlarının istehsalı 2,5 faiz, duru bitki yağlarının istehsalı 2 faiz artıb, marqarin istehsalı isə 8,9 faiz azalıb.