Yazını böyüt
Yazını kiçilt
"2019-cu ildən qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 2 dəfəyə yaxın artaraq 1 milyonu ötüb".
Hafta.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşuna dair müzakirədə bildirib.
O bildirib ki, əmək haqqı islahatı əmək bazarında böyük şəffaflaşma effekti yaradıb:
"Belə ki, qeyri-neft-qaz özəl sektorda 8000 manatadək əmək haqlarının gəlir vergisindən azad olunması nəticəsində 1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 481.4 min artaraq 1 milyonu ötüb, sektorun cəmi əmək müqavilələrində payı 38.5%-dən 54.2%-ə yüksəlib".