Əməkdaşlarımızın Ukraynadan təxliyəsi barədə məlumatlar şayiədir- Mariya Zaxarova

16:10 12.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkə diplomatlarının Ukraynadan təxliyəsi barədə məlumatları “şayiə” adlandırıb.

Hafta.az xəbər verir ki, bir sıra KİV-də Rusiyanın Kiyevdəki səfirliyinin əməkdaşlarına ölkəni tərk etmək barədə tapşırıq verildiyi bildirilir. M.Zaxarova isə bu məlumatları “şayiə” adlandırıb.

Eyni zamanda, o, Rusiya Federasiyasının Ukraynada diplomatik nümayəndəliklərinin ştatının optimallaşdırılmasına qərar verildiyini vurğulayıb. Buna baxmayaraq, Rusiyanın Ukraynadakı səfirliyi və konsulluqları fəaliyyətlərini davam etdirirlər.