Emin Əmrullayev Gürcüstanın təhsil naziri ilə görüşüb

13:03 26.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb.

Bu barədə hafta.az-a Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.